Sosial müdafiə xərcləri
From ..::Banker.az::..
Sosial müdafiə xərcləri (social security expenses) – rəsmi qanunvericiliyə görə, büdcə xərclərinin funksional təsnifləşdirilməsində tətbiq edilən köməkçi bölmələrdən biridir. Büdcədən əhalinin sosial müdafiəsinə yönəldilən xərcləri əks etdirir. Belə xərclərə aiddir: uşaqlı ailələrə dövlət müavinətləri; yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiyalar; sair müavinət və kompensasiyalar; təbii və ya texnogen qəzaların nəticələrinin aradan qaldırılması iştirakçılarına müavinətlərin ödənilməsi; işsizliyə görə müavinətlər.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı