Sosial transferlər

From ..::Banker.az::..
Jump to: navigation, search

Sosial transferlər (social transfers) – ümumi dövlət idarəetmə orqanlarının (dövlət təşkilatlarının), ev təsərrüfatlarına xidmət edən qeyri-dövlət və qeyri-kommersiya təşkilatlarının, habelə qeyri-maliyyə müəssisələri və maliyyə idarələrinin sosial yardım göstərmək və əhalinin rifah halını yaxşılaşdırmaq məqsədilə ev təsərrüfatlarına təqdim etdikləri cari transferlərin bir növüdür. Sosial transferlərə daxildir:

1) dəyər şəklində sosial transferlər;

2) natura şəklində sosial transferlər.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı