Tratta
Bill of exchange - Bir şəxsin (kreditorun) digərinə müəyyən məbləğin üçüncü şəxsə verilməsi haqqında yazılı tapşırığını özündə əks etdirir. Köçürmə vekseli verən şəxs - trassant, ödənişi həyata keçirməli olan şəxs - trassat, pulu almaq hüququ verilən şəxs isə remitent adlanır. Köçürmə vekselin obyekti əmtəə kapitalıdır. Köçürmə veksel istər daxili, istərsə də beynəlxalq ticarət münasibətlərində əsas hesablaşma sənədi hesab olunur. Onun aşağıdakı növlərini ayırmaq olar: 1) Bank traĴası – bilavasitə bank tərəfindən verilən və təqdim etdiyi zaman sahibinə üzərində göstərilən məbləğdə ödəniş almaq hüququ verən köçürmə veksel. Bank traĴası çox etibarlı pul sənədi olduğuna görə nağd pul vəsaiti ilə bərabər tutulur. Adətən, bank traĴası bank daxilində pul hesablaşmaları üçün istifadə olunur. Bank filialından bank traĴası əldə edən müştəri mərkəzi ofisdən, yaxud digər filiallardan ödəniş almaq imkanı qazanır. Eyni zamanda, bank traĴasından xarici ticarət münasibətlərində geniş istifadə olunur. 2) Faiz traĴası – rəsmiləşdirildiyi gündən ödəniş müddətinə qədərki dövr ərzində borclu subyekt – trassat tərəfindən müəyyən faiz ödəmələri şərtilə razılaşdırılan traĴa – köçürmə veksel. Faiz traĴasından, əsasən, xarici ticarət münasibətlərində istifadə olunur.3) Sənədli traĴa ticarət münasibətləri zamanı əmtəə sənədləri ilə birgə təqdim olunan köçürmə veksel.
Yerli Iqtisadi Inkisaf Mərkəzi