Yaxşı idarəetmə

From ..::Banker.az::..
Jump to: navigation, search

Yaxşı idarəetmə (good governance) – bu, cəmiyyətin və ya onun ayrı-ayrı kateqoriyalarının səmərəli qərarqəbuletmə yolu ilə elə idarə edilməsidir ki, bu, növbəti 8 tələbə cavab verə bilsin: konsensus meyli; hesabatlılıq; şəffaflıq; çeviklik; səmərəlilik; obyektivlik və tutumluluq; qanunun aliliyi. Belə idarəetmə korrupsiyanın azalmasına, qərarqəbuletmədə ədalətli təmsilçiliyə, cəmiyyətin ehtiyaclarının nəzərə alınmasına xidmət edir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı