Aksept (qəbul etmə, təsdiq etmə, razılıq)

From ..::Banker.az::..
Jump to: navigation, search

Acceptance (accept)- 1) Müqavilənin bağlanması, yaxud müqavilə şərtlərinin dəyiş dirilməsi barəsində təklifə razılığın verilməsi (bu zaman: (i) aksept tam və qeyd-şərtsiz olmalıdır; (ii) əgər oferent aksept üçün müddət müəyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər). 2) Ödəyən subyekt tərəfindən veksel, çek və hesab üzrə borc məbləğinin təsbit olunmuş müddətdə ödənilməsi barədə öhdəliyin qəbul edilməsi; 3) Bank tərəfindən köçürmə veksel üzrə ödənişin vaxtında ödənilməsi ilə bağlı zəmanətin təqdim edilməsi; 4) Pul və ya əmtəə sənədlərində (ödəniş məqsədilə təqdim olunmuş) göstərilən məbləği ödəmək barəsində ödəyən (borclu) tərəfin rəsmi razılıq təqdim etməsi; 5) Köçürmə vekselin üzərində borclu tərəfin ödəniş barəsində razılığını bildirən (təsdiq edən) imzanın qoyulması; 6) Bank tərəfindən mal göndərən, iş görən, yaxud xidmət göstərən tərəfə məxsus hesaba ödəniş edilməsi barəsində rəsmi razılığın təqdim edilməsi.



Yerli Iqtisadi Inkisaf Mərkəzi