Akvizisiya (əldə etmə, satın alma)

From ..::Banker.az::..
Revision as of 09:37, 14 June 2012 by Roby (talk | contribs) (Created page with "'''Acquisition''' - Birjada bir şirkətin səhmlərinin digər şirkət, şəxslər qrupu və ya şəxs tərəfindən nağd pul, səhmlər və ya ikisinin kombinasiyası for...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Acquisition - Birjada bir şirkətin səhmlərinin digər şirkət, şəxslər qrupu və ya şəxs tərəfindən nağd pul, səhmlər və ya ikisinin kombinasiyası formasında alınması. Akvizisiya razılıq (friendly acquisition) və ya təcavüz (hostile acquisition) yolu ilə həyata keçirilə bilər. Dostcasına akvizisiya hədəflənmiş şirkət ilə alqı-satqı haqqında razılıq əldə olunmaqla, təcavüzkar akvizisiya isə hədəflənmiş şirkətin nəzarət paketini əldə etmək məqsədilə bu şirkətin səhmlərinin aktiv şəkildə alınması əsasında həyata keçirilir. Hər iki halda hədəflənmiş şirkətin səhmdarlarını səhmlərini satmağa təşviq etmək məqsədilə bu səhmlərə görə bazar qiymətindən daha yüksək qiymət təklif olunur.



Yerli Iqtisadi Inkisaf Mərkəzi