Alpari (nominal dəyər üzrə, paritet üzrə)
From ..::Banker.az::..
At par - Qiymətli kağızın (səhmin, istiqrazın, vekselin və s.-nin) və ya valyutanın bazar dəyərinin nominal dəyərilə bərabər olması. Əksər hallarda bu anlayış istiqrazlara münasibətində istifadə edilir. Alpari ilə ticarət olunan istiqrazın gəlirliliyi kuponlar üzrə ödəmələrə bərabərdir. Faiz dərəcələri davamlı şəkildə dəyişdiyindən, demək olar ki, maliyyə alətləri heç zaman bazarda nominal dəyərilə tam bərabər olan dəyər ilə ticarət olunmur. Aydındır ki, faiz dərəcəsi istiqrazın kupon dərəcəsindən yüksək və ya aşağı olduqda bu istiqraz Alpari ilə ticarət olunmayacaq.
Yerli Iqtisadi Inkisaf Mərkəzi