Annuitet (maliyyə rentası)
From ..::Banker.az::..
Annuity - Müəyyən dövr ərzində eyni məbləğdə ödənişlərlə əlaqədar pul axınlarını ifadə edir. Əsasən aşağıdakı formalarda təzahür edir: 1) Bərabər zaman müddətində bərabər məbləğli ödəniş. Bu cür ödənişə dövri olaraq bərabər zaman müddətində və bərabər məbləğdə həm əsas, həm də faiz ödənişləri həyata keçirilən kreditlər, amortizasiya fonduna ayırmalar, ipoteka ödənişləri, sığorta haqları üzrə ödənişlər və s. bu kimi pul axınları aiddir; 2) Kreditora il ərzində bir dəfə həm əsas məbləğin müəyyən hissəsini, həm də faiz ödənişlərini almağa imkan verən uzunmüddətli dövlət borcu.
Yerli Iqtisadi Inkisaf Mərkəzi