Difference between revisions of "Balans mənfəəti (zərəri)"

From ..::Banker.az::..
Jump to: navigation, search
(Created page with "'''Balans mənfəəti (zərəri) (balanced profit/damage)''' – məhsulun (iş və xidmətlərin), material ehtiyatlarının satışından əldə edilən mənfəət də daxil ed...")
 
(No difference)

Latest revision as of 22:25, 27 November 2011

Balans mənfəəti (zərəri) (balanced profit/damage) – məhsulun (iş və xidmətlərin), material ehtiyatlarının satışından əldə edilən mənfəət də daxil edilməklə, müəssisələrin fəaliyyətinin ümumi maliyyə nəticələrini, habelə qeyri-kommersiya əməliyyatlarından alınan gəlir və məsrəfləri əhatə edir. Qeyri-kommersiya əməliyyatlarından alınmış və ödənmiş cərimələrin, peniyaların, dəbbə pullarının və digər iqtisadi sanksiyaların (qanunvericiliyə uyğun olaraq büdcəyə ödənən sanksiyalar istisna olmaqla); müəssisələrin hesablarında olan vəsaitin məbləğindən alınan faizlərin; xarici valyuta ilə əməliyyatlar və valyuta hesabları üzrə məzənnə fərqlərinin; hesabat ilində aşkara çıxarılmış ötən illərin mənfəət və zərərlərinin; təbii fəlakətlər nəticəsində dəymiş zərərlərin; borcların və debitor borclarının siyahıdan silinməsi nəticəsində itkilərin; ödənilməsi mümkün olmayan, ümidsiz kimi siyahıdan silinmiş borcların daxil olmasının; mövcud qanunvericiliyə uyğun olaraq mənfəət və zərərlərə aid edilən sair gəlir, itki və məsrəflərin ümumi yekunu balans mənfəətinə (zərərinə) daxildir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı