Büdcə prosesində iştirakçılıq

From ..::Banker.az::..
Revision as of 14:37, 28 November 2011 by 46.22.226.45 (talk) (Created page with "'''Büdcə prosesində iştirakçılıq (participatory budgeting)''' – büdcə prosesində iştirakçılıq yerli icmaların dövlət büdcəsi və ya bələdiyyə büdcəsi il...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Büdcə prosesində iştirakçılıq (participatory budgeting) – büdcə prosesində iştirakçılıq yerli icmaların dövlət büdcəsi və ya bələdiyyə büdcəsi ilə bağlı qərarqəbuletmə prosesinə yerli hakimiyyət orqanları tərəfindən cəlbini nəzərdə tutan mexanizmdir. O, “demokratiya defisiti” problemini həll etmək üçün istifadə edilən alətdir. Büdcə prosesində iştirakçılığın əsas məqsədləri bunlardır:

• İctimai təlim (savadlılıq) və fəal vətəndaşlığı stimullaşdırmaq;

• Təkmilləşdirilmiş siyasətlər və resursların bölgüsü vasitəsilə sosial ədalətə nail olmaq;

• İnzibati aparatda islahatlar aparmaq;

• Yerli hökumətin maliyyəsinin düzgün hesablanmasını təmin etmək və fərdlər tərəfindən həm sistemdaxili, həm də sistemdən kənarda sui-istifadə potensialını azaltmaq;

• Şəhərin aşağı gəlirli təbəqələrini özündə birləşdirən birliklərin (icmaların) prioritetin müəyyən olunmasına və büdcə prosesinə cəlb olunması;

• Lokal demokratik mədəniyyəti gücləndirmək, vətəndaş öhdəliyini tərbiyə etmək və sosial kapitalın inkişafını stimullaşdırmaq.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı