Dövlət mülkiyyəti

From ..::Banker.az::..
Revision as of 22:22, 28 November 2011 by 188.253.219.242 (talk) (Created page with "'''Dövlət mülkiyyəti (public property)''' – xüsusi, yerli özünüidarəetmə mülkiyyəti ilə yanaşı mövcud olan, müəyyən iqtisadi obyektlər üzərində dövləti...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Dövlət mülkiyyəti (public property) – xüsusi, yerli özünüidarəetmə mülkiyyəti ilə yanaşı mövcud olan, müəyyən iqtisadi obyektlər üzərində dövlətin sərəncamvermə, sahibolma və idarəetmə hüquqlarının məcmusunu əhatə edən mülkiyyət növü. Ölkənin bütün vətəndaşları eyni dərəcədə bu mülkiyyətin sahibləridir. Bunu dövləti təmsil edən orqan idarə edir. Ölkədə torpaq, yerin təki, sular və meşələr dövlətin müstəsna mülkiyyətidir. Sənayedə, tikintidə və kənd təsərrüfatında əsas istehsal vasitələri, nəqliyyat və rabitə vasitələri, dövlət bankları dövlət tərəfindən təşkil edilmiş ticarət və kommunal müəssisələrinin, başqa müəssisələrin əmlakı, şəhərlərin mənzil fondunun bir qismi, məktəblər, xəstəxanalar, eləcə də dövlətin vəzifələrinin həyata keçirilməsi üçün lazım olan başqa əmlak dövlət mülkiyyətidir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı