Desil əmsalı

From ..::Banker.az::..
Jump to: navigation, search

Desil əmsalı (decile coefficient) – gəlirlərin diferensiasiya göstəricisi. Əhalinin ən yüksək təminatlı 10%-nin gəlirləri ilə ən aztəminatlı 10%-nin gəlirləri arasındakı münasibətlə müqayisə ilə ifadə edilir. Əhali qrupları, eyni qayda ilə məlumatlar düzülərək 10 bərabər hissəyə bölünür. Təhlil və müqayisə üçün eyni göstəricilər istehlak xərclərinə görə də alınır. Təqdim olunan yekunlarda əhatə olunmuş göstəricilərin əksəriyyəti beynəlxalq standartlara uyğunlaşdırılaraq Azərbaycanda ilk dəfə tətbiq olunmuşdur. Eyni zamanda göstəricilər ilk dəfə olaraq yüksək analitik keyfiyyətə malik olan SPSS proqram paketindən istifadə əsasında işlənərək yekun cədvəlləri alınmışdır. Tədqiqatda bütün seçmə müşahidələrə xas olan bəzi göstəricilərin baş məcmudan orta məntiqi kənarlaşması mövcuddur. Eyni zamanda bəzi göstəricilərin statistik cəhətdən çatışmazlığı halları mövcuddur. Ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatı əhalinin həyat səviyyəsinin dövlət tərəfindən statistik müşahidə metodudur və “Azərbaycanda statistik işlərin reqlamenti”nə uyğun olaraq dövlət statistika orqanları tərəfindən aparılır. Ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatı əhalinin müxtəlif qrup və təbəqələrinin həyat səviyyəsi haqqında iqtisadi-statistik məlumatlar almaq üçün keçirilir. Onun məlumatlarından İstehlak Qiymətləri İndeksinin hesablanmasında, Milli Hesablar Sisteminin aparılmasında, əhalinin həyat səviyyəsində baş verən dəyişikliklərin təhlil edilməsi və əhalinin sosial müdafiəsi üçün tədbirlər sisteminin hazırlanmasında geniş istifadə olunur.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı