Dövlət qısamüddətli istiqrazları

From ..::Banker.az::..
Revision as of 16:16, 28 November 2011 by 46.22.226.45 (talk) (Created page with "'''Dövlət qısamüddətli istiqrazları (DQİ) (short-term state loans)''' – Maliyyə Nazirliyi və ya digər səlahiyyətli orqan tərəfindən buraxılan güzəştli və m...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Dövlət qısamüddətli istiqrazları (DQİ) (short-term state loans) – Maliyyə Nazirliyi və ya digər səlahiyyətli orqan tərəfindən buraxılan güzəştli və müəyyən dövriyyə müddəti olan (1 ilədək) qiymətli kağızdır. İstiqrazların parametrləri Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir. DQİ-nin ilkin və təkrar bazarda yerləşdirilməsi Fond Birjasında həyata keçirilir. Dövlət istiqrazlarının və digər qiymətli kağızların satışından daxilolmalar aşağıdakılardır: ölkənin daxili uduş istiqrazlarının satışından daxilolmalar; əhali arasında yayılan dövlət xəzinədarlıq öhdəlikləri; qısamüddətli dövlət istiqrazları; sair daxilolmalar.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı