Dövlət zəmanətinə xitam verilməsi

From ..::Banker.az::..
Revision as of 15:10, 29 November 2011 by Yeganem (talk | contribs) (Created page with "'''Dövlət zəmanətinə xitam verilməsi (termination of state guarantees)''' – dövlət zəmanətinə aşağıdakı hallarda xitam verilir: zəmanət verilmiş öhdəliklər...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Dövlət zəmanətinə xitam verilməsi (termination of state guarantees) – dövlət zəmanətinə aşağıdakı hallarda xitam verilir: zəmanət verilmiş öhdəliklər əsas borcalan və ya zəmanətçi tərəfindən tam icra edildikdə; zəmanət müddəti başa çatdıqda; kreditor zəmanət üzrə hüquqlarından imtina etdikdə; zəmanət sazişinin şərtlərində başqa qayda nəzərdə tutulmayıbsa, əsas borcalanla kreditor arasında razılığa əsasən zəmanət verilmiş borcun təkrar strukturlaşdırılması aparıldıqda; zəmanət sazişində nəzərdə tutulan digər hallarda. Zəmanətçi ən geci 3 iş günü ərzində dövlət zəmanətinə xitam verilməsi barədə kreditora və əsas borcalana məlumat verməlidir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı