Milli gəlir

From ..::Banker.az::..
Revision as of 14:01, 30 November 2011 by 91.191.202.96 (talk) (Created page with "'''Milli gəlir''' (national income) – ölkənin iqtisadi inkişafının ümumiləşdirici göstəricilərindən biri olmaqla, il ərzində yeni yaradılan məcmu məhsulun pul...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Milli gəlir (national income) – ölkənin iqtisadi inkişafının ümumiləşdirici göstəricilərindən biri olmaqla, il ərzində yeni yaradılan məcmu məhsulun pulla ifadəsidir. Bu məcmu məhsul bütün istehsal amillərinin (torpağın, əməyin, kapitalın və sahibkarlıq qabiliyyətinin) il ərzində gətirdiyi gəliri əks etdirir. Ölkənin ümumi milli məhsulundan amortizasiya ayırmaları (əsas vəsaitlərin köhnəlməsini) və dolayı vergilər çıxıldıqda milli gəlir alınır. Həmçinin milli gəliri il ərzində əməkhaqqı, sənaye və ticarət mənfəəti, qoyulan kapitala görə faiz və torpaq rentası kimi bütün növ gəlirlərin cəmi kimi də müəyyən etmək olar.

Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı