Məşğulluq

From ..::Banker.az::..
Revision as of 14:00, 30 November 2011 by 91.191.202.96 (talk) (Created page with "'''Məşğulluq''' (employment) – ölkədə vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin qanunvericiliyə zidd olmayan və bir qayda olaraq onl...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Məşğulluq (employment) – ölkədə vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin qanunvericiliyə zidd olmayan və bir qayda olaraq onlara gəlir gətirən hər hansı fəaliyyətidir. İş qüvvəsinə olan tələb və təklifin məcmusundan ibarət əmək bazarı eyni zamanda dövlətin məşğulluq siyasətinin təsirinə məruz qalmışdır. Dövlətin məşğulluq siyasətinin əsas istiqamətləri: heç bir kriteriya üzrə ayrıseçkilik etmədən vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edilməsi, vətəndaşların əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi, işçilərin sosial müdafiəsinin təmin edilməsi, əlavə iş yerləri açan işəgötürənlərin təşviqi (həvəsləndirilməsi), vakansiyalar haqqında operativ informasiya ötürülməsinin təşkili, tripartirmə nail olması və s.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı