Sığorta ödəmələrindən daxilolmalar

From ..::Banker.az::..
Revision as of 22:32, 1 December 2011 by Yeganem (talk | contribs) (Created page with "'''Sığorta ödəmələrindən daxilolmalar''' (receipts from insurance payments) – sığorta təşkilatlarının sığortalanma növləri – məcburi və könüllü sığort...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Sığorta ödəmələrindən daxilolmalar (receipts from insurance payments) – sığorta təşkilatlarının sığortalanma növləri – məcburi və könüllü sığortalanma üzrə bağladığı müqavilələr əsasında faktiki daxil olmuş haqların məbləğini göstərir. Məcburi sığortalanma vətəndaşların təsərrüfatlarında əmlakın sığortalanmasını, sərnişinlərin sığortalanmasını, tibbi sığortanı və s. özündə birləşdirir. Könüllü sığortalanma şəxsi sığortanı, əmlak sığortasını və məsuliyyət sığortasını ifadə edir. Şəxsi sığortaya bədbəxt hadisələrdən həyatın sığortalanması və tibbi sığorta aiddir. Bu göstərici sığorta təşkilatlarının mühasibat və statistika hesabatlarının tərtib edilməsi metodologiyası əsasında hesablanır.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı