Talk:Ümumi daxili məhsul (ÜDM)

From ..::Banker.az::..
Jump to: navigation, search

Gross domestic product (GDP) - İl ərzində ölkənin maddi istehsal və qeyri-maddi xidmətlər sahəsində iqtisadi vahidlərin – rezidentlərin istehsal fəaliyyətinin son nəticəsi olaraq son istehlak məqsədləri üçün mal və xidmətlər istehsalı üzrə yaratdığı əlavə dəyərlərin məcmusu. ÜDM milli hesablar sisteminin ən mühüm göstəricilərindən biri kimi ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini xarakterizə etməyə imkan verir. ÜDM-nin hesablanmasında bir neçə üsuldan istifadə olunur. ÜDM hesablanmasının gəlirlər üsulunda istehsal olunan məhsul və xidmətlərin istehsalçıları arasında bölüşdürülən ilkin gəlirlərin, yəni muzdlu işçilərin əmək haqqının, istehsala və idxala görə xalis vergilərin, ümumi mənfəətin və ümumi qarışıq gəlirlərin məbləği toplanır. Gəlirlər üsulu ilə ÜDM aşağıdakı kimi hesablanır:İşçilərin əmək haqqı ödənişləri + müəssisələrin əməliyyat qalığı, o cümlədən amortizasiya = faktor dəyəri üzrə ÜDM + subsidiyaları çıxmaqla mallar üzrə vergilər = bazar qiymətləri üzrə ÜDM +xaricdən əldə olunan xalis gəlirlər = ümumi milli gəlir (ÜMG) + xalis mövcud xarici transfertlər = mövcud milli gəlir (MMG)- amortizasiya (a) = xalis mövcud milli gəlir (XMMG) ÜDM-dən istifadə edilməsi (xərc lər üsulu) mal və xidmətlərin son istehlakını, əsas kapitalın ümumi yığımını, maddi dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsini, qiymətlilərin (sərvətlərin) xalis əldə edilməsini, habelə mal və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir. Xərclər üsulu ilə ÜDM aşağıdakı kimi hesablanır:Özəl sektorun istehlakı + ümumi dövlət istehlakı + malların və xidmətlərin ixracı-malların və xidmətlərin idxalı = bazar qiymətləri üzrə ÜDM.



Yerli Iqtisadi Inkisaf Mərkəzi