Talk:İnfrastruktur

From ..::Banker.az::..
Jump to: navigation, search

Infrastructure - Hər hansı istehsal və xidmət prosesi üçün yardımçı xarakter daşıyan istehsal və qeyri-istehsal sahələrinin kompleksi. Başlıca istehsal infrastruk turları nəqliyyat, enerji təchizatı, rabitə, təhsil, səhiyyə və iaşə sahələri hesab olunur. Bazar iqtisadiyyatı şəraitində bazar mexanizmlərinin normal fəaliyyətinə yardımçı olan bütün növtə sisatlar da infrasrukturun tərkib hissəsi sayılır və bazar infrastrukturu adlanır. Əmtəə bazarının infrastrukturu dedikdə əmtəə birjaları, topdan və pərakəndə ticarət şirkətləri, auksionlar və s. başa düşülür. Banklar, maliyyə-kredit institutları, fond birjaları, valyuta birjaları, sığorta şirkətləri, broker və diler müəssisələri, auditor şirkətləri və s. maliyyə bazarının infrastrukturu hesab olunur. Eyni qayda ilə, əmək birjaları, əmək bazarında vasitəçi şirkətlər və digərlər bu kimi təsisatlar əmək bazarının infrastrukturunu təş kil edirlər. Bununla yanaşı, bazar münasibətləri şəraitində dövlətin tənzimləyici siyasətini həyata keçirən vasitəçi idarələr, firmalar və digər dövlət təsisatları da bazar infrastrukturunun tərkib hissələri kimi fəaliyyət göstərirlər. Məsələn, antiinhisar və qiymət tənzimlənməsi üzrə dövlət qurumları və s.



Yerli Iqtisadi Inkisaf Mərkəzi