Talk:İnvestisiya

From ..::Banker.az::..
Jump to: navigation, search

Investment - Mənfəət, və ya başqa bir formada sosial-iqtisadi səmərə əldə etmək məqsədi, pul vəsaitlərinin, qiymətli kağızların, əmlakın, intellektual mülkiyyətin, eləcə də digər maddi qiymətlilərin biznes fəaliyyətinə cəlb edilməsi, yatırılması, qoyulması. Dəyərinin həcmindən asılı olmayaraq istənilən məbləğdə pul vəsaitinin, maliyyə alətinin, yaxud digər qiymətlilərin istehsala və ya müxtəlif biznes sahəsinə yönəldilməsi i. hesab olunur. İnvestisiya fəaliyyətinə başlamamışdan öncə investisiya layihəsinin qiymətləndirilməsi aparılır. İnvestisiya layihəsinin qiymətləndirilməsi maliyyə imkanlarının təhlili,investi- siyanın sosial-iqtisadi effektivliyinin hesablanması, investisiya riskinin qiymətləndirilməsi, eləcə də inves-tisiya layihəsinin digər üstünlük və çatışmazlıqlarının araşdırılmasını tələb edir. İnvestisiya prosesinin idarə edilməsi biznes fəaliyyətinə yönəldilən maliyyə və saitləri, eləcə də digər maddi qiymətlilərin hə rəkətini tənzimləmək, onların iqtisadi-sosial səmərəyə çevrilən amilləri düzgün inkişaf etdirməkdən ibarətdir. İnvestisiya istər makro, istərsə də mikro səviyyədə iqtisadi artımın ilkin şər tidir.



Yerli Iqtisadi Inkisaf Mərkəzi