Uşaq əmanəti

From ..::Banker.az::..
Revision as of 14:01, 13 January 2012 by Yeganem (talk | contribs) (Created page with "'''Uşaq əmanəti''' - valideyn (qəyyum tərəfindən) yaxud yaxın qohum tərəfindən uşağın xeyrinə açılır. Belə depozit açan müştərini daxil edən adlandırırl...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Uşaq əmanəti - valideyn (qəyyum tərəfindən) yaxud yaxın qohum tərəfindən uşağın xeyrinə açılır. Belə depozit açan müştərini daxil edən adlandırırlar. O, uşağın əmanətə olan hüquqlarının təqdim olunması anına qədər əmanət qoyanın bütün hüquqlarına malikdir. Həddi-buluğa çatmayan əmanətçi 14 yaşdan öz hüquqlarına sahib ola bilər. Lakin bir qayda olaraq banklar 14 yaşdan 18 yaşadək uşaqlar üçün depozit üzrə əməliyyatlar keçirmələrinə məhdudiyyət qoyurlar və onları ancaq valideyn yaxud digər qanuni nümayəndə tərəfindən verilən yazılı icazə (etibarnamə) olduqdan sonra yerinə yetirirlər. Uşaq depoziti öz adına ancaq həddi-buluğa, yəni 18 yaşına çatdıqdan sonra yenidən qanunlaşdıra bilər.

Belə əmanəti açan zaman vəsaiti daxil edən öz şəxsiyyət vəsiqəsini və eləcə də, uşaq 14 yaşa çatmayıbsa, onun doğum şəhadətnaməsini yaxud əgər yaşı 14-dən yuxarıdırsa onun şəxsiyyət vəsiqəsini təqdim etməlidir.