Xeyriyyəçilik fəaliyyəti

From ..::Banker.az::..
Revision as of 21:06, 29 November 2011 by 188.253.175.155 (talk) (Created page with "'''Xeyriyyəçilik fəaliyyəti (philanthropy)''' – fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən və maddi və ya digər köməyə (yard...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Xeyriyyəçilik fəaliyyəti (philanthropy) – fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən və maddi və ya digər köməyə (yardıma) ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür kömək (yardım) göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız kömək (yardım) göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı hallarda kömək (yardım) göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır: bu cür köməyi (yardımı) alan şəxs köməyi (yardımı) göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasınadair öhdəlikdən başqa) qəbul edirsə; bu cür köməyi (yardımı) alan və köməyi (yardımı) göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa; bu cür kömək (yardım) hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə. Xeyriyyə təşkilatı, xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.




Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı