Əmək pensiyasının növləri
From ..::Banker.az::..
Əmək pensiyasının növləri (types of work pension) – əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: baza hissəsindən; sığorta hissəsindən; yığım hissəsindən. Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: baza hissəsindən; sığorta hissəsindən; yığım hissəsindən. Ailə başçısını itirməyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: baza hissəsindən; sığorta hissəsindən.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı