ABŞ digər universitetlərə də xarici tələbələrin qəbuluna qadağa qoya bilər.
Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində jurnalistlərə açıqlamasında deyib.
“Biz bir çox varianta baxırıq… Harvard da bəziləri kimi yanaşmalarını dəyişməli olacaq”, – deyə Amerika lideri bildirib.
Ağ Ev Amerika universitetlərindən yəhudi tələbələrin müdafiəsini təmin etməyi tələb edib, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda ABŞ universitetlərində İsrail əleyhinə etiraz aksiyaları keçirildiyi üçün maliyyəni kəsməklə hədələyib.