23 C
Baku
Saturday, April 20, 2024

Digər bank kartına necə pul köçürmək olar?

Hazırda ofislərdə növbələrin qarşısını almaq üçün bir kartdan digər karta pul köçürmək xidmətinə daha çox önəm verilir. Bu gün kart məhsullarından istifadə edən müştərinin bir kartdan digərinə pul köçürməsi üçün sadəcə internetə girməsi kifayətdir.

İnternet vasitəsilə pulların köçürülməsi:

Bankların əksəriyyətində pul köçürmələri sistemi internet bankçılığı xidmətləri çərçivəsində həyata keçirilir. Pul köçürməsini həyata keçirmək üçün şəxsi bölməyə daxil olub alıcının rekvizitlərini daxil etmək lazımdır. Əgər pulları alan şəxs elə həmin bankın müştərisidirsə, onun plastik kartının nömrəsini yazmaq kifayətdir. Yox əgər pul vəsaitləri başqa bir banka göndərilirsə, bu zaman maliyyə təşkilatının rekvizitlərini və pulları alan şəxsin şəxsi məlumatlarını daxil etmək lazımdır. Pul köçürməsinin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi sms vasitəsilə göndərilən müvəqqəti şifrə də tələb oluna bilər.

Bankomat vasitəsilə pul köçürmələri:

İnternetlə yanaşı, adi bankomatdan da istifadə edərək bir kartdan digərinə pul köçürmələrini həyata keçirə bilərsiniz. Pul köçürməsini həyata keçirmək üçün plastik kartı bankomata daxil etdikdən sonra pin-kodu yığmaq və transfer edəcəyiniz vəsaiti seçməlisiniz. Daha sonra analogiya üzrə alıcının rekvizitlərini daxil etmək və pulları göndərmək lazımdır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər