İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı genişlənib.
Banker.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, digər kalsium fosfatları və treoninin idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısına daxil edilib.