“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Diler İnşaat” QSC şirkəti ilə 8 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-121 üzrə binaların tikintisi işləri”nin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 8 050 336 manatdır.
2016-ci ildə təsis edilmiş “Diler İnşaat” QSC şirkəti Azərbaycan Respublikasında tikinti materiallarının satışı və distribusiyası ilə məşğuldur.

                                    




