13 C
Baku
Friday, November 22, 2024

Dilinq Mərkəzlərinin fəaliyyətində qaranlıq məqamlar

Öncəliklə qeyd etmək istəyirik ki, bu məqalə yerli bazarın timsalında yazılmayıb, lakin düşünürük ki, bəzi maraqlı məqamlara diqqət yetirmək bütün yeni başlayan treyderlər üçün faydalı ola bilər.

Uduzan treyderlərin səhvlərinin kökü nədədir?

Real hesab açmaqdan öncə aşağıdakı nüansları anlamağa çalışın:

•    Sizin işləməyə  başlamaq istədiyiniz Foreks bazarı nədən ibarətdir və özündə nələri əks  etdirir?

• Treyderlərin gəlirləri necə əmələ gəlir və uduzulmuş depozitlər kimə çatır?

•    Nəyə görə Dilinq Mərkəzlərinin belə qaynar artımı müşahidə olunur? Onlar necə və nəyin hesabına öz xərclərini ödəyə bilirlər( qeyri rəsmi informasiyaya əsasən bu xərclər ay  ərzində 100 dollara çata bilir. Bəzi dilinq mərkəzləri vardır ki, dəfələrlə çox xərcləyir.)

•    Nəyə görə treyderlərin yalnız 3-5%-i qalib gəlir? 20 treyderdən 19-nun səhvi nədən ibarətdir (indi treydinq akademiyasında Dilinq Mərkəzlərinin onlarla əməkdaşı təhsil aldığı vaxtda dəqiq rəqəm mənə daha yaxşı məlumdur – 1%-dən də az treyder foreks bazarında stabil gəlir əldə edir, 99% treyder isə öz pullarını bu Dilinq Mərləzində və ya onun öz sövdələrini  hedge edən  maliyyə müəssisələrində  itirir)

•    Nəyə görə treyderlərin 99%-i Merfi, Bill Uilyams, Aleksandr Elder, Larri Uilyams və Tomas Demarkın kitablarını mənimsəyiblər və onda nəyə görə HAMISI uduzublar?

•    Dilinq Mərkəzlərinin nəzdində, həmin DM üçün treyder hazırlamaq məqsədi ilə keçirilən tədris kurslarının rolu nədən ibarətdir? 2-4  həftə ərzində peşəkar treyder yetişdirmək mümkündürmü? (Yada salmağa çalışın ki, siz universitetdə (ali məktəblərdə) öz ixtisasınıza yiyələnmək üçün neçə il təhsil almısınız və bu oxuduğunuz illərə rəğmən öz peşənizin incəliklərinə yiyələnmək üçün sizə nə qədər təcrübə lazım olub).

•    Onda nəyə görə dilinq mərkəzləri 2-3 həftə dərs deməklə kifayətlənir? Axı kim Foreks bazarının ən qaynar dönəmində auditoriyada dalbadal qruplara dərs keçir? Nəyə görə Dilinq Mərkəzlərinin rəhbərləri öz gələcək (!) treyderləri üçün məhz bu müəllimləri seçir?

 Ümumi nəticələr

1. Foreks bazarı artıq müstəqil bazar deyildir və bütün dünyada mərkəzləşmiş şəkildə vahid mərkəzdən idarə olunur (saniyə fərqi ilə bütün dünyaya  EYNİ kotirovkalar verilir).

2. Dilinq mərkəzlərinin təşkili prinsipi istənilən OYUN biznesində olduğu kimidir (kazino, bukmeyker kontorları və s).

3. Dilinq Mərkəzlərinin kurslarının rolu həmin dilinq mərkəzində öz depozitlərini uduzacaq qurbanlar hazırlamaqdır (sanki kazino təmsilçiləri sizə həmin kazinonu stabil şəkildə necə udmağın mümkün olduğunu öyrədir)

Sizə bir qadın treyderin başına gələn bir əhvalatı misal göstərə bilərəm, həmin xanım qərbdə brokerlərin alqı-satqı əməliyyatları ilə bağlı öz treyderlərinə verdiyi konsultasiya xidmətləri ilə bağlı bir yazı oxuduqdan sonra öz Dilinq Mərkəzinin dilerinə müraciət edir ki, Moskva vaxtı ilə saat 16.30-da dərc olunacaq vacib xəbərlər çıxmazdan 20 dəqiqə öncə nə etməklə bağlı ona konsultasiya versin, yəni avronu alsın ya satsın? Eşitdiyi kobud cavabdan sonra xanım yenidən dilerə zəng edir və ondan tələb edir ki, bir broker kimi vəzifələrini yerinə yetirsin, amma vəziyyət heç də gülməli deyil.

4. Klassik foreks kitablarına istinad edən treyderlərin 99%-i uduzur, çünki

* onların sistemləri yalnız yarım halda özünü doğruldur. Belə ki, düzgün siqnallara əsasən treyderlər minimum mənfəət götürür, zərər isə maksimum miqdarda olur, belə olduqda depozitin treyderin hesabından silinməsi qaçılmazdır.

* hər bir foreks klassiki digər ticari sistemlər ilə əlaqəsi olmayan öz sistemini qurmuşdur.

Son xəbərlər
Digər xəbərlər