13 C
Baku
Saturday, November 23, 2024

“Dilucu” sərhəd-buraxılış məntəqəsində nəqliyyatın keçidi sürətlənəcək

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Türkiyə Dilucu Gömrük Müdirliyi arasında “Dilucu” sərhəd-buraxılış məntəqəsində gömrük əməkdaşlığı çərçivəsində görüş keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyevin və “Dilucu” Gömrük Müdirliyinin müdir vəkili Erdan Esenin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması və bu istiqamətdə imkanların artırılması məsələləri müzakirə edilib.

Qeyd olunub ki, hər iki ölkənin gömrükçüləri arasında keçirilən görüş əməkdaşlığın daha da dərinləşməsinə və əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər