17 C
Baku
Monday, October 27, 2025

DİM 2019-cu il üçün maliyyə hesabatının auditorunu seçib

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” Publik Hüquqi Şəxsi ilə “BDO Azərbaycan” MMC arasında müqavilə imzalanıb.

Banker.az xəbər verir ki, müqavilədə Dövlət İmtahan Mərkəzinin 2019-cu il üzrə konsolidə olunmuş maliyyə hesabatlarının və vergi auditinin keçirilməsi üçün kənar auditorun seçilməsi xidmətinin satın alınması nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 18 min 290 manatdır.

Bildirək ki, “BDO Azərbaycan” MMC Hollandiya özəl məhdud məsuliyyətli cəmiyyəti olan BDO Avrasiya BV-nin törəmə şirkəti və dünyanın beşinci ən böyük audit şəbəkəsi olan BDO İnternational-ın üzvüdür.

 

 

Son xəbərlər
Digər xəbərlər