Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi “Meqa Sığorta” ASC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə könüllü tibbi sığorta xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 220 000 manatdır. Tibbi sığorta proqramına daxil olan tibbi xidmətlər nəfər sayı- 800-dür. (350 işçi, 450 ailə üzvü (o cümlədən 30 nəfər 3 yaşa qədər uşaq)