29 C
Baku
Thursday, September 12, 2024

DİM-in Müşahidə Şurası yaradılacaq

Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi barədə” Fərmanda əksini tapıb.

Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.

Eyni zamanda “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” yeni redaksiyada təsdiqlənib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər