5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

DİM-in xalis mənfəəti kəskin düşüb

Dövlət İmtahan Mərkəzinin cəmi aktivləri 2019-cu ilin yanvarın 1-nə  26.111 milyon manat olub

Banker.az DİM-in maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 5.7% çoxdur.

Hesabat dövründə DİM-in öhdəlikləri 16.3 % artaraq 475 min manata, balans kapitalı isə 5.5% artaraq 25.636 milyon manata çatıb.

Ötən il DİM-in əməliyyat gəlirləri 19.25 mln. manat, əməliyyat xərcləri 10.97 mln. manat, inzibati xərcləri 5.21 mln manat, köhnəlmə və amortizasiya xərcləri 2.30 mln manat, faiz gəlirləri 31 min manat , faiz xərcləri 10 min manat , digər gəlirləri 15 min manat, digər xərcləri 106 min manat, mənfəət vergisi ödəmələri isə 357 min manat təşkil edib.

Son nəticədə qurum ili 346 min manat xalis mənfəətlə başa vurub. DİM-in ötən ildəki gəlirləri cari ildəkindən 12.3 dəfə çox olub.

Qeyd edək ki, DİM ölkə Prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

Son xəbərlər
Oxşar xəbərlər