8 C
Baku
Thursday, December 12, 2024

DİM inzibati binalarda vətəndaşların qəbulunu dayandırır

Nazirlər Kabinetinin bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarına uyğun olaraq 2020-ci il iyunun 22-dən etibarən Dövlət İmtahan Mərkəzinin Bakı, Gəncə və Lənkəranda yerləşən inzibati binalarında vətəndaşların qəbulu dayandırılır.

Mərkəzdən verilən məlumata görə, DİM-in digər şəhər və rayonlarda yerləşən inzibati binalarında vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə qeyri-iş və imtahan günləri istisna olmaqla, saat 09:30-dan 17:00-dək həyata keçirilir.

Bundan əlavə, vətəndaşların müraciətləri 1653 “Çağrı Mərkəzi” vasitəsilə cavablandırılır. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin, məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər

Son xəbərlər
Digər xəbərlər