“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsi “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilə satınlama müqaviləsi imzalayıb.
Banker.az xəbər verir ki, sığorta şirkəti DİM əməkdaşlarının könüllü tibbi sığortasının satınalınmasını həyata keçirdəcək.
Buna qədər isə Dövlət İmtahan Mərkəzi “Standard İnsurance” şirkəti ilə 172 min 542 manat müqabilində anlaşmışdır. Lakin “Qala Sığorta” şirkəti bunu 171 min 690 manata həyata keçirdəcək.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi. Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb