16 C
Baku
Saturday, November 26, 2022

DİM: “Martın 5-6-da keçiriləcək imtahanların qrafikində dəyişiklik yoxdur”

“Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də və 6-da 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. İmtahanların keçirilmə qrafikində dəyişiklik nəzərdə tutulmayıb”.

Bu barədə DİM-dən məlumat verilib.

Qeyd olunub ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır: “İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Ona görə də imtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

İmtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq gətirin:

– Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

– “İmtahana buraxılış vərəqəsi”ni;

– “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni (buraxılış vәrәqәsi ilә birlikdә çap edirsiniz, imzalayırsınız vә imtahan zalına daxil olduqda nәzarәtçiyә tәhvil verirsiniz).

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da gətirməlidirlər.

İmtahan binasına mobil telefon, “ağıllı” saat və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.

İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahan başa çatdıqda və ya tərəfinizdən yekunlaşdırıldıqda cavab kartı və cavab vərəqi ilə yanaşı, sual kitabçasını da nəzarətçiyə təhvil verin”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 3 mart 2022-ci il tarixli, 69 nömrəli Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.

Son xəbərlər
Digər xəbərlər
X