Bir həftədən sonra Naxçıvanda mütləq bütün imtahanlar keçiriləcək.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
O xatırladıb ki, hazırda Naxçıvana gediş-gəliş məhdudur:
“Heyəti ora göndərmək üçün xüsusi təyyarə sifariş vermişik. Bu məsələ həll olan kimi orada da buraxılış imtahanlarını keçirəcəyik”.