20 C
Baku
Bazar, Oktyabr 17, 2021

DİM sədri: “Bu il plan yerlərinin sayı 1,79 faiz, dövlət sifarişli yerlərin sayı 8 faiz artıb”

“2020-ci ildə I qrupda imtahan verən 28842 nəfərdən 58,9 %-i müsabiqəyə buraxılıb. Keçən il I qrup üzrə imtahanlarda 27927 nəfər iştirak edib, onlardan 57 faizi imtahana buraxılıb”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, II qrupda bu il imtahan verən abituriyentlərin 63,4 faizi, III qrupda 84,3 faizi, IV qrup üzrə isə 82 faizi müsabiqəyə buraxılıb: “Müsabiqəyə subbakalavrlar da qatılır, bu il 17 min subbakalavr sənəd verib. I qrupa 5179 nəfər, II qrupa 5240, III qrupa 2853, IV qrupa 1609 nəfər əlavə olunacaq”.

M. Abbaszadə qeyd edib ki, ötən illə bu ili müqayisə edəndə I qrupda qəbul planları 299 yer azalıb, bu, 1,96% edir: “II ixtisas qrupunda qəbul planları 381 yer azalıb, bu da 2,69% deməkdir. III qrupda qəbul planları 1015 artırılıb, bu da təxminən 9 faiz edir, IV ixtisas qrupu üzrə plan yerləri 390 yer artıb, keçən ilki ilə müqayisədə bu, 10 faiz artımdır. Qabiliyyət tələb edən V ixtisas qrupunda 371 qəbul planı var ki, bu da 133 yer artım deməkdir. Bu il ümumi plan yerləri 1,79 faiz artıb. Bu da 858 yer təşkil edir. Dövlət sifarişli plan yerlərinin sayı isə 8 faizə yaxın artıb”.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər