DİN 1.5 milyon manatlıq geyim sifariş verdi

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi “Orion Company” LTD Məhdud Məsuliyyətli Cəmiyyət ilə 1.5 milyon manatlıq müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə geyim əmlakının satınalınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 1 milyon 539 min 346 manatdır.

Bildirək ki, “Orion Company” LTD MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Mehdi Mənsurovdur.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər