DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi “Elmanado” MMC ilə 7 milyon manatlıq 2 müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, 1-ci müqavilədə gündəlik və idman ayaqqabıları, qış çəkməsi, şalvar qayışı və xüsusi kəmərlərin alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 3 220 678 manatdır.
2-ci müqavilədə furajka zabit, yataq ləvazimatları, mayka, tuman, əlcək, şərf, idman kostyumu, isti alt tuman köynək, kostyumluq parçalar, süfrə, xalça, kovralit, pərdə və fərqlənmə nişanlarının alınması nəzərdə tutulur. Müqavilənin məbləği isə 3 510 096 manatdır.