15 C
Baku
Saturday, May 3, 2025

DİN-dən kiberdələduzluqla bağlı əhaliyə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluqla bağllı əhaliyə müraciət edib.

Banker.az xəbər verir ki, DİN-in müraciətində bildirilib ki, təhlükəsizlik səbəbilə bank kartı məlumatlarını heç kimlə paylaşmaq olmaz:

“Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7000, 2000, 1500, 1013, 675, 600, 350, 323, 300, 220, 170, 128 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

Son xəbərlər
Digər xəbərlər