9 C
Baku
Friday, December 13, 2024

DİN-dən xəbərdarlıq: Maska qərarı qüvvədə qalır

“Bu gündən Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın imzaladığı qərar qüvvəyə minib. Bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub. Lakin buna baxmayaraq tibbi maska ilə bağlı qərar qüvvədə qalır:

“Lakin buna baxmayaraq, qərara əsasən, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir. Virusun yayılmasının qarşısının alınması məqsədi ilə hər kəsi dövlət tərəfindən görülən tədbirlərə dəstək verməyə çağırır, ciddi zərurət yaranmadan ictimai yerlərdə olmamaq, digər şəxslərlə yaxın təmaslardan yayınmağı tövsiyə edirik.

İnfeksiyanın geniş yayılmasının qarşısını almaq üçün daxili işlər nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür”.

Son xəbərlər
Digər xəbərlər