9 C
Baku
Friday, December 13, 2024

DİN evdən çıxmaq icazəsi olan vətəndaşlara xəbərdarlıq etdi

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslər yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə bilərlər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

“Lakin son günlər bu kateqoriyadan olan bəzi şəxslərin zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə edilir. Bu cür halların yolverilməzliyi baxımından həmin şəxslərdən qeyri-iş günlərində müvafiq icazələrdən sui-istifadə etməmək, yalnız ciddi zərurətlə əlaqədar yaşayış ünvanını tərk etmək tələb olunur.

Eyni zamanda müvafiq icazə ilə evdən çıxan hər bir şəxsə mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tövsiyə edilir”, – DİN-dən bildirilib.

Son xəbərlər
Digər xəbərlər