19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

DİN: “İctimai nəqliyyatda COVID-19 pasportu ilə bağlı hansısa qadağa və məhdudiyyət yoxdur”

Screen Shot 2021 09 02 at 14.34.20

Sosial şəbəkələrdə Şəki şəhərində “COVID-19 pasportsuz avtobusa minmək qadağandır” xəbərdalıqları vurulan ictimai nəqliyyat vasitələrinin görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ictimai nəqliyyatda COVID-19 pasportu ilə bağlı hansısa qadağa və məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maska tələbi var.

“Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası diqqət mərkəzində saxlanılır. Şəki şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatda COVID-19 pasportu olmayan şəxslərlə bağlı heç bir tədbir keçirilməyib”, – E.Hacıyev qeyd edib.

7254f5a6 7590 37ba 88b4 dd1156d274e1
Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər