DİN: Komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda tədbirlər keçirilir

Ölkəmizdə komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə saat 21:00-dan ertəsi gün 06.00-dək xidmət aparır.   

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, komendant saatının tətbiq olunduğu müddətdə piyadaların, sürücü və sərnişinlərin sənədləri yoxlanılır, avtomobillərin yük yerinə baxış keçirilir.

Hərəkətinə müvafiq icazəsi olmayan şəxslər barədə qanunvericliyin tələblərinə uyğun olaraq tədbir görülür.