Bu gün baş tutacaq “Qarabağ” – “Olimpiakos” oyunu ilə əlaqədar Daxili İşlər Nazirliyi vətəndaşlara və xarici azarkeşlərə müraciət edib.
Banker.az xəbər verir ki, nazirlik müraciətində Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verməyi xahiş edib. Bundan başqa oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur.