14 C
Baku
Saturday, November 23, 2024

DİN sosial mediada “gizli hesabları görən” proqramlarla bağlı xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi sosial media istifadəçilərinə müraciət edib.

Banker.az xəbər verir ki, müraciətdə istifadəçilərə “profilimə kim baxdı”, “gizli hesabları görmə” kimi vədlər verən proqramlardan istifadə etməmək, naməlum linklərə daxil olmamaq, istifadəçi adı və şifrə tələb olunan bu tip tətbiqlərə məlumatları əlavə etməmək tövsiyə olunur.

Qeyd edilir ki, bu tətbiqlərdən istifadə etmək profillərin oğurlanması ilə nəticələnə bilər.

Son xəbərlər
Digər xəbərlər