13 C
Baku
Saturday, November 23, 2024

DİN: “Şuşa və Suqovuşanda marşrutdan kənar ərazilərə vətəndaşların hərəkətinə icazə verilməyəcək”

Daxili İşlər Nazirliyi dekabrın 27-dən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfər edəcək vətəndaşların təhlükəsizliyi məqsədilə zəruri tədbirlər görür.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşların hərəkəti yalnız müəyyən edilən istiqamətlər üzrə təşkil olunacaq.

Qeyd olunub ki, təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə vətəndaşların hərəkətinə icazə verilməyəcək: “Bununla bağlı müvəqqəti polis postlarında sürücülərə təlimat-bildirişlər təqdim olunacaq”.

Xatırladaq ki, fərdi minik avtomobilləri ilə də səfər edəcək vətəndaşlar icazəni 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonları istiqamətindən müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər