19 C
Baku
Sunday, September 29, 2024

DİN təsdiq etdi: Partlayış baş verən tikili “Xalq Bank”a məxsusdur

Nazirlik Bakıda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Bakıda ötən gün baş verən partlayışın təfərrüatları məlum olub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, hadisə Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən banklardan birinə  məxsus ümumi sahəsi 80 kv/m olan nasosxanada qeydə alınıb.

Partlayış nəticəsində 40 kv/m ərazi uçub. Hadisə zamanı ərazidən keçən Bakı şəhər sakinləri – Gülxar Quliyeva, Namiq Səmədov və Əli Babayev xəsarət alıblar. Xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib.

Nazirlikdən həmçinin bildirilib ki, baş verən partlayış nəticəsində çoxlu sayda avtomobilə ziyan dəyib, bir gözəllik salonu, bir aptek və bir evin pəncərələri sınıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan ilk məlumatda partlayış baş verən tikilinin banka məxsus olduğu bildirilsə də, sonradan bank rəsmiləri bu məlumatı təzkib etmişdilər.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər