Vətəndaşların bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə halları var.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bank kartının üzərində olan məxfi məlumatların naməlum şəxslərə verilməsi maliyyə itkisinə və kredit öhdəliklərinin yaranmasına səbəb olur.
Bu barədə DİN-in Mətbuat Xidmətinin bildirilib ki, CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sizə məxsus digər sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, eləcə də kartın PİN kodu naməlum şəxslərə ötürüldüyü halda hesabdakı pul vəsaiti, yaxud hesabda pul olmadığı təqdirdə kredit vəsaiti oğurlana bilər.
“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə bağlı təkliflərə qarşı diqqətli olmaları tövsiyə edilir. Qəti şəkildə şəxsi bank məlumatlarınızı naməlum şəxslərə verməyin, təhlükə realdır”- deyə məlumatda qeyd edilib.







